ABŞ Yaxın Şərqə dəniz piyadası daşıyan yeni gəmi göndərib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında ABŞ, Hərbi Dəniz Qüvvələrinə bağlı dənizçilər və dəniz piyadalarının 27 martda USS Tripoli (LHA-7) gəmisi ilə bölgəyə çatdığını açıqlayıb.
Amerika sinifli amfibiya hücum gəmisi olan USS Tripolidə təxminən 3500 dəniz piyadasının olduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu qüvvələrə nəqliyyat və hücum təyyarələri, eləcə də amfibiya hücum və taktiki elementlər daxildir.
Tahir TAĞIYEV