Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Ermənistan mediasının məlumatına görə, Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib və bununla da İrəvanın Moskva ilə əlaqələri qorumaq öhdəliyini bir daha təsdiqləyib.
“Tezliklə Rusiyaya gedəcəyəm. Əlaqələrimizi qoruyub saxlayacağıq”, – deyə Paşinyan İrəvanda vətəndaşlarla görüşü zamanı Rusiya ilə münasibətlər barədə sualı cavablandırarkən bildirib.
Paşinyan əlavə edib ki, Rusiya Ermənistan üçün dost ölkə olaraq qalır.
Tahir TAĞIYEV