Küveyt Beynəlxalq Hava Limanına dronlarla hücumu olub. Küveytin mülki aviasiya xidməti ölkənin əsas beynəlxalq hava limanındakı radar sisteminə bir sıra dron hücumları nəticəsində “əhəmiyyətli dərəcədə” ziyan dəydiyini bildirib.
Ölkənin mülki aviasiya nümayəndəsi bildirib ki, Fars körfəzindəki ölkəyə edilən hücum nəticəsində heç bir itki olmayıb.
Paralel olaraq, Oman hakimiyyəti bildirib ki, Salalahın əsas limanına İranın dron hücumu nəticəsində əcnəbi işçi yaralanıb. Yayılan məlumata görə, iki dron Omanın cənubunda, Yəmənlə sərhədinə yaxın ərazidə yerləşən limanın ərazisinə düşüb. Hücum nəticəsində bir krana kiçik ziyan dəyib.
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti bildirib ki, hava hücumundan müdafiə sistemləri ballistik raketi uğurla zərərsizləşdirdikdən sonra Əbu-Dabidə beş Hindistan vətəndaşı “düşən dağıntılar” nəticəsində yaralanıb.
Tahir TAĞIYEV