İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ qüvvələrini dəstəklədiyini bildirilən Ukraynanın pilotsuz təyyarə əleyhinə sistemlər anbarını hədəf alıb.
AFP-nin məlumatına görə, İran ordusunun Xatəm əl-Ənbiya əməliyyat komandanlığı obyektin Dubayda ABŞ hərbi elementlərinə qarşı hücumların bir hissəsi olaraq məhv edildiyini iddia edib.
Bu açıqlama Ukrayna prezidenti Zelenskinin BƏƏ ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsini elan etməsindən qısa müddət sonra verilib.
Ukrayna isə iddiaları təkzib edir. Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixim xəbərlərin "yalan" və "dezinformasiya" olduğunu bildirib və əlavə edib ki, İran hökuməti tez-tez oxşar informasiya əməliyyatları həyata keçirir.
BƏƏ hələ ki, Dubayda baş verən hücumla bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV