İran Dubayda ABŞ əsgərlərinin sığınacağını vurub. İran Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü Zülfiqari, bölgədəki bazalara hücumlardan sonra ABŞ əsgərlərinin bazalarından otellərə və ya sığınacaqlara köçdüyünü iddia edib.
ABŞ əsgərlərinin Dubayda gizləndiyi iki sığınacağn müəyyən edildiyini bildirən Zülfiqari, sığınacaqların birində 400-dən çox, digərində isə 100-dən çox adam olub: “Hər iki məkan İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələri və Donanmasının dəqiq raketlər və dronlardan istifadə edərək həyata keçirdiyi hücumlarda ağır itkilərə məruz qalıb".
Tahir TAĞIYEV