“Əsas biznes liderləri ilə qapalı görüşdə Putin onlardan büdcəyə könüllü ianələr etmələrini istəmədi, lakin görüş iştirakçılarından birinin səsləndirdiyi təşəbbüsü dəstəklədi”.
Bu barədə prezidentin mətbuat katibi Peskov 27 martda The Bell tərəfindən dərc edilən müvafiq açıqlamanı şərh edərkən bildirib.
Prezidentin sözçüsünün sözlərinə görə, "Rosneft"in sədri İqor Seçinin bu təklifi səsləndirdiyi və iclasda müharibə maliyyələşdirməsinin müzakirə olunduğu barədə mediada yayılan məlumatlar yanlışdır. "Həqiqət budur ki, iclas iştirakçılarından biri həqiqətən də dövlətə çox böyük məbləğdə pul ayırmağı zəruri hesab etdiyini və bunun onun ailə qərarı olduğunu bildirib", - deyə Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iş adamı bu addımı "iclas iştirakçılarının böyük əksəriyyətinin bizneslərinə 1990-cı illərdə başladığını və təbii ki, bu başlanğıcların əsasən bu və ya digər şəkildə dövlətlə bağlı olduğunu" söyləməklə izah edib. "Çoxları bu cür töhfələr verməyi öz vəzifəsi hesab edir", - deyən Peskov həmçinin qeyd edib ki, Putin "bu təşəbbüsü alqışlayıb".
SAMİRƏ