İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına hücumu nəticəsində 10 ABŞ əsgəri yaralanıb.dığı, onlardan ikisinin ağır olduğu iddia edilib.
"Wall Street Journal" qəzeti adı çəkilməyən ABŞ və ərəb rəsmilərinə istinadən İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına raket hücumu təşkil etdiyini bildirib.
Məlumatda 10 ABŞ əsgərinin yaralandığı, onlardan ikisinin ağır olduğu və bir neçə ABŞ yanacaqdoldurma təyyarəsinin də zədələndiyi iddia edilir. Məlumata görə, yaralı əsgərlərin zərbə endirilən binanın içərisində olduğu və bazaya ən azı bir raket və bir neçə dron zərbəsi endirildiyi bildirilir.
“Associated Press” (AP) agentliyinin məlumatına görə, həftə İranın Şahzadə Sultan hava bazasına hücumları nəticəsində 29 ABŞ əsgəri yaralanıb.
ABŞ əsgərlərinin yerləşdiyi Şahzadə Sultan Hava Bazası əvvəllər də İran tərəfindən hədəfə alınıb. Martın 1-də bazaya edilən hücumda bir ABŞ əsgəri həlak olub. ABŞ ordusu indiyə qədər İranla müharibədə 13 əsgərinin öldüyünü açıqlayıb.
Tahir TAĞIYEV