ABŞ Yaxın Şərqə hərbi qüvvə göndərməyə davam edir. İranla münaqişənin gedərək daha da arta biləcəyi riski var. Tehran isə ABŞ quru qoşunları ölkəyə girərsə, İranın sərt müqaviməti qarşılaşacağını bildiri.
İddialara görə, İranda 1 milyondan çox döyüşçü səfərbər edilib. Tasnim xəbər agentliyinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, minlərlə könüllü ölkə daxilində səfərbərlik mərkəzlərinə müraciət edir.
Qeyd edilir ki, xüsusilə Bəsic, İnqilab Keşikçiləri Korpusu və nizami orduya məxsus mərkəzlərdə tələbat daha yüksəkdir. Mənbələr bu qüvvələrin mütəşəkkil və "müharibəyə hazır" olduğunu iddia edirlər.
İran rəsmiləri ABŞ quru qoşunları ölkəyə girərsə, sərt cavab veriləcəyi barədə xəbərdarlıq ediblər. ABŞ tərəfindən isə bölgəyə hərbi qüvvələrin göndərilməsinin davam etdiyi bildirilir. 82-ci Paraşüt Alayının yaxın günlərdə Yaxın Şərqə gəlməsi gözlənilir, minlərlə dəniz piyadası isə artıq bölgəyə gətirilib.
Ekspertlərin fikrincə, ərazidə hərbi hazırlıqlar gücləndikcə, bölgədəki gərginliyin daha geniş münaqişəyə çevrilməsi riski artır.
Tahir TAĞIYEV