İki gün əvvəl "İran bizə hədiyyə göndərdi" deyən ABŞ Prezidenti Tramp Tehrandan gələn hədiyyənin nə olduğunu açıqlayıb.
ABŞ Prezidenti adı açıqlanmayan İran rəsmilərinin onlara "Həqiqi və ciddi müzakirəçi olduğumuzu göstərmək üçün sizə 8 gəmi dolusu neft verəcəyik" dediyini bildirib.
O, əvvəlcə bunu ciddiyə almadığını, lakin sonra Amerika televiziyasında Hörmüz boğazından keçən 8 neft tankeri ilə bağlı xəbər gördüyünü bildirib: "Bu, iki gün əvvəl baş verib və gəmilər sabah yola düşəcək. Bu xəbəri görəndə dedim ki, "düşünürəm ki, düzgün insanlarla danışırıq". Məncə, gəmilər Pakistan bayrağı altında üzürdü”.
ABŞ Prezidenti iranlıların daha sonra daha iki gəmiyə razılıq verdiyini və bununla da keçməsinə icazə verilən neft tankerlərinin ümumi sayının 10-a çatdığını söyləyib.
Tahir TAĞIYEV