İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Körfəz ölkələrindəki mülki şəxsləri ABŞ qüvvələrinin yerləşdiyi əraziləri tərk etməyə çağırıb.
"ABŞ qüvvələri harada olur-olsun, onlara hücum etmək bizim borcumuzdur. Zərər görməmək üçün ABŞ qüvvələrinin yerləşdiyi əraziləri dərhal tərk etməyinizi tövsiyə edirik" - deyə SEPAH bildirib.
İranın xarici işlər naziri Abbas Ərakçi də Körfəz ölkələrindəki ABŞ əsgərlərinin bazalarını tərk edərək otellərdə sığınacaq tapdıqları barədə xəbərdarlıq edib və əlavə edib ki, bu otellər müştərilərini təhlükəyə ata biləcək hərəkətlərdən çəkinməlidirlər.
"Bu müharibənin başlanğıcından bəri ABŞ əsgərləri Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdəki hərbi bazalardan qaçaraq otellərdə və ofislərə sığınırlar. Bu əsgərlər bu ölkələrin vətəndaşlarından canlı qalxan kimi istifadə edirlər" - deyə Ərakçi bildirib.
Tahir TAĞIYEV