Hərəkatın lideri Əbdül-Malik əl-Husi bildirib ki, Yəmən qrupu Ənsar Allah (Husilər) istənilən vaxt Yaxın Şərq münaqişəsinə müdaxilə edə bilər.
L'Orient-Le Jour-un verdiyi məlumata görə, əl-Husi bildirib: "Münaqişədə hərbi cavab tələb edən ən kiçik bir inkişaf baş verərsə, biz dərhal müdaxilə edəcəyik... əvvəlki mərhələlərdə etdiyimiz kimi".
Lakin lider hansı konkret hərbi addımların atıla biləcəyini və ya hərəkatın hansı mümkün hərbi əməliyyatda iştirak etməyi planlaşdırdığı formatı dəqiqləşdirməyib.
Qeyd edək ki, daha öncə Ənsar Allah siyasi bürosunun üzvü Məhəmməd əl-Buheiti Husilərin tam döyüş hazırlığına gətirildiyini elan etmişdi.
SAMİRƏ