ABŞ Canaveral burnunda Dark Eagle hipersəsli raketini sınaqdan keçirib.
Bu barədə Florida Today yazır.
Nəşrin xəbərinə görə, Atlantik okeanına atış cümə axşamı yerli vaxtla təxminən saat 12:30-da baş verib. Dərc olunmuş fotoşəkildə raketdən mavi səma fonunda nazik ağ iz görünür.
Agentliyin məlumatına görə, buraxılışla bağlı heç bir ictimai şərh verilməyib. Orlando Sentinel xəbər verir ki, bu həftənin əvvəlində ABŞ Sahil Mühafizəsi və Daxili Təhlükəsizlik Departamenti Canaveral burnundan əvvəlki hipersəsli raket sınaqları zamanı istifadə edilənlərə bənzər müvəqqəti hava və dəniz qadağası zonaları tətbiq edib.
SAMİRƏ