ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı 2 minə yaxınlaşır.
İranın səhiyyə nazirinin müavini Əli Cəfərian ABŞ və İsrail tərəfindən həyata keçirilən 27 günlük hücumlarda ölən və yaralananlar barədə açıqlamalar verib. Cəfərian bildirib ki, ABŞ-İsrail hücumlarında 212-si uşaq və 240-ı qadın olmaqla 1937 nəfər həyatını itirib.
Cəfərian həmçinin bildirib ki, hücumlarda təxminən 4000 qadın, 1621 uşaq olmaqla 24800-dən çox iranlı yaralanıb.
Tahir TAĞIYEV