ABŞ-la İran arasında danışıqlarda heç bir irəliləyiş əldə edilməzsə, "hərbi eskalasiyanın artacağı" gözlənilir. Adı çəkilməyən mənbələr Pentaqonun İrana qarşı "son zərbə planı" hazırladığını bildiriblər.
“Axios”un iki ABŞ rəsmisinə və vəziyyətdən xəbərdar olan iki mənbəyə istinadən verdiyi məlumata görə, bu hazırlıqlara Xark, Larak, Əbu Musa və digər strateji əhəmiyyətli İran adalarının işğalı və Hörmüz boğazının şərqindəki İran neft tankerlərinin blokadası kimi variantların nəzərdən keçirilməsi daxildir.
Həmçinin bəzi ABŞ rəsmilərinin "münaqişəyə son qoymaq üçün böyük güc nümayişinin" ABŞ-a danışıqlarda daha çox gücü verəcəyinə inandığı bildirilir.
Başqa bir mənbə isə Türkiyə, Pakistan və Misirin tərəflər arasında danışıqların təşkil edilməsinə yönəlmiş səylərin davam etdirdiyini qeyd edib. Mənbə qeyd edib ki, İran ilkin ABŞ tələblərini rədd edib, lakin danışıqlardan tamamilə çəkilməyib.
Tahir TAĞIYEV