İsrailin baş naziri ötən həftə Trampa bildirib ki, o, İran xalqına müraciət etsin və onları rejimə qarşı küçələrə çıxmağa çağırsın, lakin Tramp bu planı riskli hesab edib.
“Axios” iki yüksək vəzifəli məmura istinadən yazır ki, Netanyahu Trampla telefon danışığında qeyd edib ki, İran rejimi tam çaşqınlıq içindədir və onu daha da zəiflətmək üçün imkan yaranıb. Bunun üçün İsrailin baş naziri Trampa İran xalqına birgə müraciət etməyi və onları küçələrə çıxmağa çağırmağı təklif edib.
Tramp isə bu məsələyə dair narahatlığını ifadə edib.
“İnsanları niyə küçələrə çıxmağa çağıraq, onları oradaca öldürərlər” – deyə Tramp telefon danışığı zamanı Netanyahuya bildirib
Tahir TAĞIYEV