Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfiri Yusif Əl Otaiba, "The Wall Street Journal" qəzeti üçün yazdığı məqalədə, ölkəsinin müharibə vəziyyətində İranın onları ilk hədəf kimi seçməsinə hazır olduğunu bildirib. O, bunun yalnız coğrafi yaxınlığa görə deyil, həm də BƏƏ-nin İrandan əhəmiyyətli fərqlərinə görə qaçılmaz olduğunu vurğulayıb. "İranın bizi seçəcəyini bilirdik. Yalnız çox yaxın olduğumuz üçün deyil, həm də çox fərqli olduğumuz üçün. BƏƏ xalqına qayğı göstərən, qadınları gücləndirən və bütün dinləri alqışlayan müasir, mütərəqqi bir müsəlman cəmiyyətidir. İran üçün bu fikir qəbuledilməzdir", - deyə, səfir qeyd edib.
İRADƏ