İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi müharibənin başladığı 28 fevraldan bu günə qədər ölkənin əyalətlərində yaralıların sayı barədə məlumatları açıqlayıb. Nazirliyin rəsmi nümayəndəsi Hüseyn Kermanpurun sözlərinə görə, ABŞ və İsrailin bombardmanları nəticəsində Qərbi Azərbaycan əyalətində 1359, Şərqi Azərbaycanda isə 1352 nəfər yaralanıb. Bundan əlavə, bu dövrdə aşağıdakı şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar: Tehranda 5700, Lorestanda 2509, İlamda 1986, Kermanşahda 1853, İsfahanda 1801, Xuzistanda 1446, Kürdüstanda 1103 və Fars əyalətində 912 nəfər. Məlumata görə, bu günə qədər İrana endirilən zərbələr nəticəsində xəsarət alanların ümumi sayı 19.721 nəfərdir. Eyni zamanda, İranda fəaliyyət göstərən insan haqları təşkilatlarının məlumatına görə, ABŞ və İsrailin ölkənin müxtəlif şəhərlərində hücumlarında ümumilikdə 2262 nəfər həlak olub. Bunlardan 1455-i mülki şəxs, 1167-si isə hərbçi olub. Ölənlərdən 669-nun şəxsiyyəti hələ də məlum deyil.
İRADƏ