ABŞ və İsrailin 28 fevralda İrana hücumları başlayan müharibə ilə bağlı həqiqətlərin Prezident Trampdan gizlədilməsi xəbərləri Vaşinqtonda böyük səs-küyə səbəb olub.
“NBC News”un məlumatına görə, hazırkı və keçmiş hökumət rəsmiləri, prezident Trampın hücumların ilk günündən bəri yalnız iki dəqiqəlik xüsusi videolar vasitəsilə məlumatlandırıldığını iddia ediblər.
"Hücumun görüntüləri yalnız İrandakı hədəflərə edilən ən uğurlu hücumlardan bəzilərindən seçilmiş "işə yarayan" anlardan ibarətdir" - bildirən ABŞ mediası həqiqətin gizlədildiyini iddia edib.
Rəsmilər, hazırlanmış təqdimatlarda ABŞ-ın uğurlarının önə çıxarıldığını və İranın addımlarına çox az yer verildiyini etiraf ediblər.
Bundan başqa, rəsmilər iddia edir ki, Tramp İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına hücumu və ABŞ-ın yanacaqdoldurma təyyarələrini hədəf alması barədə məlumatlandırılmayıb. Prezidentin bu hadisəni yalnız mediadan öyrəndiyi iddia edilir.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə iddiaları təkzib edir. Prezident Trampla görüşən hər kəsin onun hər şeyi detallı şəkildə öyrəndiyini və bütün faktları tələb etdiyini bildiyini vurğulayan sözçü əlavə edib ki, bu əsassız iddialar otaqda olmayan insanlar tərəfindən irəli sürülüb.
İsrail və ABŞ-ın 28 fevralda başlatdığı hücumlardan sonra İranın cavab addımları bölgəni xaosa sürükləyib.
Tahir TAĞIYEV