Macarıstan Ukraynaya qaz tədarükünü dayandıracağını bəyan edib. Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, Macarıstan Ukraynaya qaz tədarükünü “Drujba” neft kəməri vasitəsilə Macarıstana neft tədarükü bərpa olunana qədər dayandıracaq.
“Ukrayna bizə neft verməyincə, onlar Macarıstandan qaz ala bilməyəcəklər. Biz Macarıstanın enerji təhlükəsizliyini qoruyacağıq, benzin qiymətlərini – sabit və qazın məhdudlaşdırılmış qiymətini – saxlayacağıq”, – deyə Orban bildirib.
Orbanın sözlərinə görə, Ukrayna “Drujba” neft kəmərini qəsdən bloklayır.
Macarıstan baş naziri həmçinin qeyd edib ki, o, “Ukraynanın şantajından” uğurla özünü qoruyur və onun siyasəti sayəsində macarıstanlılar yanacağı ən aşağı qiymətlərə alırlar.
Məlumat üçün bildirək ki, Ukrayna vasitəsilə, “Drujba” neft kəməri ilə Slovakiya və Macarıstana neft nəqli 27 yanvardan dayandırılıb. Ukrayna tərəfi bildirir ki, kəmər Rusiya hücumu nəticəsində zədələnib, Macarıstan isə iddia edir ki, Kiyev onu qəsdən zədələyib.
Tahir TAĞIYEV