İran İnqilab Keşikçiləri Korpusu USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin qanadlı raketlərlə hədəfə alındığını açıqlayıb.
İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəsmi açıqlamasında ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolu qurudan dənizə atılan qanadlı raketlərlə vurulduğu iddia edilib.
İnqilab Keşikçiləri Korpusu bunun ilk olmadığını bildirərək, təyyarədaşıyan gəminin daim izlənildiyini və İran raket sistemlərinin hədəfinə daxil olduqda yenidən hədəfə alınacağını bildirib.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahram İrani də bildirib ki, bölgədə yerləşdirilən USS Abraham Lincoln təyyarədaşıyan gəmisi daim nəzarət altındadır. O bildirib ki, gəmi İran raketlərinin mənzilinə girərsə, hədəf alınacaq.
Tahir TAĞIYEV