Rusiya Belarusda dron buraxılış məntəqələri yerləşdirməyi planlaşdırır.
Bu barədə açıqlama verən Ukrayna Silahlı Qüvvələrinin mayoru bildirir ki, Moskvanın planı həyata keçirilərsə, bu, Rusiya dronlarının uçuş məsafəsini əhəmiyyətli dərəcədə artıracaq.
Ukrayna müharibəsi üzrə ekspert və keçmiş mayor Aleksey Qetman bildirir ki, peyk rabitəsi olmadan operator uzun məsafələrdə dronu effektiv şəkildə idarə edə bilməz və Rusiya bu cür antenləri Belarusda yerləşdirərsə, dronların idarəetmə zonasını əhəmiyyətli dərəcədə artıracaq.
Ekspertin dediyinə görə, bu cür sistemlərin Belarusda yerləşdirilməsi Kiyev və sərhəd bölgələri üçün əlavə risklər yaradır, çünki bu, Rusiya qüvvələrinin dronları hədəf almasını asanlaşdırır.
Tahir TAĞIYEV