Livan İranın Beyrutdakı səfirini "persona non qrata" elan edib və ondan 29 marta qədər ölkəni tərk etməsini tələb edib.
Livan Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybaninin nazirliyə çağırıldığı bildirilib.
Açıqlamada Şeybaninin akkreditasiyasının ləğv edildiyi, "persona non qrata" elan edildiyi və 29 marta qədər Livan ərazisini tərk etməsi üçün vaxt verildiyi bildirilib.
Həmçinin qeyd olunur ki, Livanın Tehrandakı səfiri Əhməd Suveydanın "Tehran administrasiyasının Livanla İran arasında diplomatik normaları pozduğu" əsas gətirilərək məsləhətləşmələr üçün geri çağırılıb.
Tahir TAĞIYEV