Misir kəşfiyyat rəsmilərinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə təmas qurduğu iddia edilir. “The Wall Street Journal” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən bildirib ki, Misir tərəflər arasında etimad yaratmaq üçün beş günlük atəşkəs təklif ediblər.
Rəsmilər Qətər, Oman, Fransa və Böyük Britaniyanın Hörmüz boğazının açılması ilə bağlı qarşılıqlı kanallar vasitəsilə danışıqlar apardığını iddia ediblər. Görüşlərdə Pakistanın ABŞ və İranın yüksək vəzifəli liderləri arasında görüşə ev sahibliyi etməsi təklifi ilə çıxış etdiklərini deyən rəsmilər, ABŞ-ın bu ideyaya müsbət yanaşdığını bildirdilər.
Rəsmilər iddia edirlər ki, son zamanlar intensivləşən diplomatik təmaslar ABŞ və İran rəsmiləri arasında Türkiyə və ya Pakistanda üzbəüz görüş barədə müzakirələrə səbəb olub, lakin bu müzakirələr hələlik yekunlaşmayıb.
Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, Prezident Donald Tramp İranla danışıqların mümkünlüyünə müsbət yanaşır.
Tahir TAĞIYEV