Texasın Port Artur şəhərindəki Valero neft emalı zavodunda güclü partlayış baş verib. Səbəbi hələlik dəqiq bilinməyən partlayışda hələlik ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.
Partlayışdan sonra obyektdə yanğın baş verib və hadisə yerinə çoxsaylı yanğınsöndürənlər göndərilib. Port Artur Yanğından Mühafizə İdarəsinin sözçüsü Antonio Mitçell hadisəni təsdiqləyərək, hələlik təfərrüatlara malik olmadıqlarını bildirib. Şerif Zena Stivens heç bir ölüm və ya xəsarət hadisəsi qeydə alınmadığını və partlayışın sənaye qızdırıcısından qaynaqlandığına inanıldığını deyib.
Obyektin qərbindəki ərazilərdə yaşayan sakinlərə evdə qalmaları barədə xəbərdarlıq edilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Tahir TAĞIYEV