Türkiyə, Misir və Pakistan gərginliyi azaltmaq üçün son iki gündür ABŞ və İran arasında vasitəçilik edir.
“Axios” nəşri iddia edir ki, üç ölkənin yüksək vəzifəli rəsmiləri Trampın xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçi ilə ayrı-ayrı görüşlər keçiriblər.
Diplomatik mənbələr atəşkəs prosesi ilə bağlı vvasitəçiliyin davam etdiyini bildiriblər: “Danışıqlar müharibənin bitməsinə və bütün həll olunmamış məsələlərin həllinə yönəlib. Tezliklə cavab alacağımızı gözləyirik."
Məlimata görə, Türkiyə, Misir və Pakistanın vasitəçiliyi ilə prosesin ən vacib mərhələsi bu həftə sonu Pakistanda baş tutacaq.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti masada olacaq.
Tahir TAĞIYEV