"Reuters"in məlumatına görə, Bəhreyndə martın 9-da baş verən partlayışa ABŞ-a məxsus Patriot hava hücumundan müdafiə sisteminin raket tutucusu səbəb olmuş ola bilər. Məlumata əsasən, Middlebury Beynəlxalq Araşdırmalar İnstitutu analitikləri hadisə ilə bağlı foto və videoları, eləcə də kommersiya peyk görüntülərini təhlil edərək raketin Sitra adasının Mahazza bölgəsindən təxminən 7 kilometr cənub-qərbdə yerləşən Patriot batareyasından buraxıldığını orta və yüksək ehtimalla müəyyən ediblər. Bəhreyn rəsmiləri isə açıqlamalarında raketin İran pilotsuz uçuş aparatını zərərsizləşdirmək məqsədilə atıldığını və mümkün itkilərin qarşısını aldığını bildiriblər.
İradə SARIYEVA