ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin istefa verən direktoru Co Kent İran müharibəsinin necə "kəşfiyyat yalanı" üzərində qurulduğunu ifşa edib.
Hazırki vəziyyəti 2003-cü il İraq ssenarisinə bənzədən Kent, bildirib ki, Tramp Amerikanın 18 kəşfiyyat agentliyinə yox, İsrailin iddialarını inanıb.
"Amerikanın 18 kəşfiyyat agentliyinin hamısı eyni fikirdə olub. İran nüvə bombası hazırlamaq qabiliyyətinə malik olmayıb. 18 Amerika kəşfiyyat agentliyi nüvə qabiliyyətinin olmadığını deyir, İsrail isə iki həftəyə on bomba hazırlayacağını iddia edirdi. Tramp bütün kəşfiyyat ağentlikləri əvəzinə İsrailə inanmağı seçdi. Bu, ilk dəfə baş vermir. 2003-cü ildə İraq Milli Konqresinin lideri Əhməd Çələbi Buş administrasiyasına Səddamın kütləvi qırğın silahlarına sahib olduğunu söylədi. Kəşfiyyat agentlikləri də o zaman şübhəli idilər, lakin administrasiya Çələbini seçdi. Nəticədə 4500 amerikalı öldü və heç bir kütləvi qırğın silahı tapılmadı. Eyni ssenari 2026-cı ildə İranla da mövcuddur; İsrail "iki həftəyə on bomba", 18 agentlik isə "nüvə qabiliyyətinin olmadığını" dedi. Administrasiya yenə də İsraili seçdi. İndiyə qədər 14 amerikalı öldü və heç bir nüvə proqramı tapılmayıb".
Tahir TAĞIYEV