İran ABŞ prezidenti Donald Trampın İran Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İran elektrik stansiyalarına zərbə endirmək təhdidinə cavab verib.
İran Parlamentinin sədri Məhəmməd Qalibaf bildirib ki, elektrik stansiyaları və infrastruktur obyektlərinin hədəfə alınmasından sonra bölgədəki bütün enerji və neft infrastrukturu qanuni hədəflər hesab ediləcək: “Bu hədəflər geri dönməz şəkildə məhv ediləcək və neft qiymətləri uzun müddət yüksək qalacaq".
İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasında isə deyilir: "Əvvəlki xəbərdarlıqlara uyğun olaraq, İranın yanacaq və enerji infrastrukturu düşmən tərəfindən hücuma məruz qalarsa, ABŞ-a və bölgədəki İsrail rejiminə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturu hədəfə alınacaq".
Tahir TAĞIYEV