ABŞ prezidenti Donald Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib, əks halda Ağ Evin lideri İranın enerji infrastrukturuna zərbə endirməklə hədələyib.
“Əgər İran Hörmüz boğazını 48 saat ərzində tamamilə və təhlükəsiz şəkildə açmasa, Amerika Birləşmiş Ştatları ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək”, –Tramp sosial şəbəkə hesabında yazıb.
Bununla yanaşı, Tramp başqa bir paylaşımında qeyd edib ki, ABŞ İranla bağlı məqsədlərinə çatır və hətta plan vaxtından əvvəl tamamlanır. Onun sözlərinə görə, ABŞ qısa müddətə İran liderlərini və silahlı qüvvələrini zərərsizləşdirə bilib.
“Amerika Birləşmiş Ştatları İranı xəritədən silib, amma onların səthi təhlilçisi Devid Sengqr deyir ki, mən məqsədlərimə çata bilməmişəm. Bəli, mən məqsədimə çatmışam və hətta həftələrlə əvvəl. Onların liderləri artıq mövcud deyillər, dəniz və hava qüvvələri məhv edilib, tamamilə heç bir müdafiələri yoxdur və razılaşma bağlamaq istəyirlər, mən isə istəmirəm. Biz cədvəldən həftələrlə irəlidəyik”, – deyə ABŞ prezidenti yazır.
Tahir TAĞIYEV