İran Hind okeanında yerləşən ABŞ-Böyük Britaniya bazası Dieqo Qarsiyaya iki ballistik raket adıb.
İsrail Baş Qərargah rəisi Eyal Zamir hücumda istifadə edilən raketlərin 4 min kilometr mənzilə malik olduğunu açıqlayıb və bütün Avropa paytaxtlarının təhlükə altında olduğunu bildirən xəritə yayıb.
Zamir bildirib ki, "İran Dieqo Qarsiya adasındakı Amerika hədəfinə doğru 4 min kilometr mənzilə malik iki mərhələli qitələrarası ballistik raket atdı. Bu raketlər İsraili vurmaq üçün nəzərdə tutulmayıb. Onların mənzili Avropa paytaxtlarına qədər uzanır; Berlin, Paris və Roma birbaşa təhdid altındadır".
Tahir TAĞIYEV