İsrail-ABŞ münaqişəsi səngimədən davam edərkən, İran İsrailin ən strateji yerlərindən biri olan Dimona Nüvə Elektrik Stansiyasının yaxınlığına zərbə endirib.
İsrailin nüvə şəhərinə hücumdan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bölgədəki nüvə fəaliyyəti ilə bağlı bəyanat yayıb.
MAQATE Dimonadakı Negev Nüvə Tədqiqat Mərkəzində heç bir zərərin aşkarlanmadığını bildirib.
Rəsmilər hadisədən sonra anormal radiasiya səviyyəsinin müşahidə edilmədiyini bildirsələr də, MAQATE hadisələri yaxından izlədiyini və əlavə məlumat toplamağa davam edəcəyini açıqlayıb.
Tahir TAĞIYEV