Raket zərbələri fonunda Yaxın Şərqdə hərbi tarazlıqlar dəyişdikcə, İrandan gələn hücumlar İsrailə daha çox təhlükə yaratmağa başlayıb.
İsrailin cənubundakı Dimonaya raket hücumlarından sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi sosial media hesabında İranın İsrailin hava məkanında üstünlüyü ələ keçirdiyini iddia edib: "Bu andan etibarən İranın işğal olunmuş ərazilərin hava məkanında raket üstünlüyünə nail olduğunu bəyan edirəm. Qarşıdan gələn hücum dalğalarında istifadə ediləcək yeni taktikalar və buraxılış sistemləri Amerika və İsrail rəhbərliyini heyrətləndirəcək. Bu gecə işğal olunmuş ərazilərin cənubundakı səma saatlarla parlaq qalacaq".
Tahir TAĞIYEV