İran İsrailin nüvə elektrik stansiyasının yerləşdiyi Dimona şəhərinə güclü zərbə endirib. İsrail mediası İranın İsrailin cənubundakı Dimonaya raket hücumu nəticəsində ölənlərin sayının 51-ə çatdığını bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) raketi vurmaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını, lakin onu vurmağın mümkün olmadığını bildirib.
Səhiyyə rəsmiləri və axtarış-xilasetmə qrupları ərazidə işlərini davam etdirir, İsrail Müdafiə Qüvvələri tərəfindən yayımlanan fotoşəkillər isə zərərin miqyasını açıq göstərir.
İranın İsrailə son hücumlarından sonra İsrailin cənubundakı Eylat şəhərində də siren səsləri eşidilib. İlkin dəyərləndirmələr göstərir ki, aşkarlanan təhdidlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Tahir TAĞIYEV
İran'ın ateşlediği balistik füze İsrail'in Dimona kentine isabet etti. pic.twitter.com/O9lpa6jWRE — Türkiye Gazetesi (@turkiyegazetesi) March 21, 2026
İran'ın ateşlediği balistik füze İsrail'in Dimona kentine isabet etti. pic.twitter.com/O9lpa6jWRE