ABŞ və İsrailin İrana hücumları 28 fevraldan bəri davam edir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib ki, bu günə qədər 130 İran gəmisi də daxil olmaqla 8000-dən çox hərbi hədəfə zərbə endirlb.
"Bu, İkinci Dünya Müharibəsindən bəri bütün bir donanmanın üç həftəlik müddətdə məhv edilməsinin ən böyük nümunəsidir" - deyən Kuper iddia edib ki, ABŞ ordusu minlərlə raketi, dronu və bütün İran donanmasını zərərsizləşdirib: "Onların dənizdə donanması yoxdur, taktiki qırıcı təyyarələri uçmur, münaqişənin əvvəlində sahib olduqları yüksək raket və dron buraxılış imkanlarını itiriblər. Bizim irəliləyişimiz açıq-aydın görünür."
Tahir TAĞIYEV