28 fevralda ABŞ və İsrailin Tehrana hücumları ilə başlayan İran-ABŞ-İsrail münaqişəsi davam edir. İran Körfəzdəki ABŞ bazalarına və İsrailə qarşı cavab hücumları başlatsa da, ABŞ və İsrailin hücumları nəticəsində İranda minlərlə insan həyatını itirib.
İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1408-i, yaralananların sayı isə 17000-i keçib.
İran lideri Ayətullah Əli Xamenei ilə yanaşı, ABŞ-İsrail hücumlarında çoxsaylı yüksək vəzifəli məmurlar da həlak olub.
İran ABŞ-İsrail hücumlarının başlanğıcından bəri təkcə İlam əyalətində 60 nəfərin öldüyünü açıqlayıb.
Yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İlam valisi Əhməd Kərami İlamda 93 məkanın hədəfə alındığını və onlardan 61-nin zərər gördüyünü bildirib.
Tahir TAĞIYEV