İranın uran zənginləşdirmə fəaliyyətinin mərkəzi hesab edilən Natanz nüvə obyekti bu səhər güclü hava hücumuna məruz qalıb.
İran Atom Enerjisi Təşkilatı hücumun arxasında ABŞ və İsrailin olduğunu açıqlayaraq, obyektdə radioaktiv sızma olmadığını bildirib.
İsrail ordusu isə İsrail döyüş təyyarələrinin Natanz bölgəsində hər hansı heç bir hücum həyata keçirmədiklərini açıqlayıb.
İsrail dövlət televiziyası KAN hərbi mənbələrə istinadən iddia edib ki, obyekt ABŞ təyyarələri tərəfindən "bunker partladıcı" bombalardan istifadə edilərək hədəfə alınıb.
Tahir TAĞIYEV