İran Parlamentinin Hörmüz boğazından keçən gəmilərdən tranzit rüsumları tətbiq edəcək qanun layihəsini təsdiqləməyə hazırlaşdığı bildirilir.
İranın Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməsi ilə bağlı hazırladığı qanun layihəsi barədə danışan parlamentin İqtisadi Komissiyasının üzvü Səid Rəhmətzadə, tranzit rüsumlarının alınmasının "dünyanın bir çox mühüm dəniz marşrutlarında geniş yayılmış bir təcrübə" olduğunu bildirib: "Bu, ölkənin gəlir mənbələrini gücləndirməyə və bu marşrutda təhlükəsizlik və dəniz xidmətləri səviyyəsini yaxşılaşdırmağa kömək edə bilər. Bu kontekstdə parlament Hörmüz boğazından təhlükəsiz keçid üçün rüsum tətbiq edəcək qanun layihəsini təsdiqləməyə hazırdır".
Qeyd edək ki, ABŞ-İsrail hücumlarına cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazını ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilər üçün bağlayıb.
Tahir TAĞIYEV