İran Atom Enerjisi Təşkilatı ABŞ və İsrailin İranın uran zənginləşdirmə fəaliyyətləri üçün vacib olan Natanz Şəhid Əhmədi Roşan Nüvə Mərkəzinə hücum etdiyini bildirib.
Qeyd edilib ki, ABŞ və İsrail bu hərəkəti etməklə beynəlxalq öhdəliklərini pozublar.
Təşkilat hücumlardan sonra aparılan texniki araşdırmalarda nüvə obyektində radioaktiv sızma olmadığını və ərazidə yaşayan əhali üçün heç bir təhlükə yaratmadığını açıqlayıb.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi isə ABŞ və İsraili nüvə hadisələrinin qarşısını almaq üçün nüvə obyektlərinin yaxınlığında “hərbi təmkin” göstərməyə çağırır.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında ABŞ tərəfindən Fordo və Natanz yeraltı nüvə obyektlərinə həyata keçirilən kütləvi hava hücumu zamanı onlarla GBU-57 tipli bomba atılıb.
Tahir TAĞIYEV