İddialara görə, Rusiya ABŞ-ın Ukraynaya kəşfiyyat dəstəyini dayandırması müqabilində İranla kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmağı təklif edib, lakin Vaşinqton bu təklifi qəbul etməyib.
“Politico”nun ABŞ-Rusiya danışıqlarından xəbərdar olan iki mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya ABŞ-a İran və Ukrayna ilə bağlı qarşılıqlı kəşfiyyat paylaşımını dayandırmaq üçün razılaşma təklif edib.
İddia edilir ki, Moskva Vaşinqtona ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun koordinatları kimi İranla kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmağı təklif edib, qarşılığında da Ukraynaya Rusiya haqqında kəşfiyyat məlumatı verməsini dayandırmasını istəyib.
Təklifin Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerlə ötən həftə Mayamidə görüşdə irəli sürüldüyü, lakin ABŞ-ın təklifi rədd etdiyi bildirilir.
Rusiyanın müharibənin başlanğıcından bəri İranla kəşfiyyat paylaşımını və hərbi əməkdaşlığı genişləndirdiyini deyən mənbə Rusiyanın bu təklifinin avropalı diplomatlarını narahat etdiyini deyib.
Tramp 15 martda verdiyi müsahibədə Rusiyanın İranla kəşfiyyat məlumatları paylaşdığı iddialarına münasibət bildirərək, "Bəlkə Rusiya məlumat paylaşır, bəlkə də paylaşmır" deyərək əlavə edib ki, "Biz də Ukrayna ilə bəzi məlumatlar paylaşırıq və iki ölkə arasında sülh yaratmağa çalışırıq".
Tahir TAĞIYEV