İsveçrə hökuməti tarixi neytrallıq prinsipini qoruyaraq ABŞ-İran müharibəsinin gedişatına təsir göstərə biləcək mühüm bir addım atıb.
İsveçrə hökuməti tarixi bir qərarla İranla münaqişə davam etdiyi müddətcə ABŞ-a hərbi texnika və sursat ixracını təsdiqləməyəcəyini açıqlayıb. Bu addım Vaşinqtonun logistika təchizat zəncirini pozmaqla yanaşı, Avropanın münaqişəyə yanaşmasındakı çatları da üzə çıxarır.
Bern hökuməti əsrlər boyu davam edən hərbi neytrallıq prinsipinə ciddi şəkildə riayət edərək, qlobal təzyiqlərə baxmayaraq geri çəkilmədi. Qərarın kökləri İsveçrənin müharibə edən tərəflərə silah satışını qadağan edən doktrinasından qaynaqlanır. Diplomatik mənbələr və beynəlxalq münasibətlər üzrə analitiklər qeyd ediblər ki, bu qərar təkcə hüquqi deyil, həm də strateji mesaj daşıyır.
Tahir TAĞIYEV