Hörmüz boğazını açmaq üçün NATO-dan kömək istəyən, lakin rədd cavabı alan ABŞ Prezidenti Donald Tramp hərbi alyansı "qorxaq" adlandırıb.
"ABŞ olmadan NATO kağız pələngdir” deyən Tramp bildirib ki, onlar nüvə silahına malik İranı dayandırmaq üçün mübarizəyə qoşulmaq istəmir.
Tramp İranla mübarizənin hərbi yolla qazanıldığını iddia edib: "Onlar ödəməli olduqları yüksək neft qiymətlərindən şikayətlənirlər, baxmayaraq ki, onlar üçün çox az risk var. Amma neft qiymətlərinin artmasının yeganə səbəbi olan Hörmüz boğazının açılmasına kömək etmək istəmirlər. Bu, onlar üçün çox az risklə edilə bilən son dərəcə sadə bir hərbi addımdır. Qorxaqlar və biz bunu unutmayacağıq".
Tahir TAĞIYEV