ABŞ və İsrailin İrana hücumlarından sonra, Kipr Rum lideri Nikos Xristodulides Yaxın Şərqdəki böhranlardan sonra Cənubi Kiprdəki Britaniya hərbi bazalarının gələcəyi ilə bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.
Bundan əvvəl, bölgədə yer alan ABŞ və Britaniya bazalarına qarşı cavab hücumlarına başlayan İran, Cənubi Kiprdəki Britaniya Akrotiri bazasını da dronlarla hədəf alıb.
Bundan sonra adadakı obyektlərin gələcəyi müzakirə mövzusuna çevrilib və Kipr yunanları etiraz aksiyaları keçirərək, bölgədə Britaniya bazalarının olmasını istəmədiklərini bildirdilər.
Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən yunan Kiprinin lideri Xristodulides Britaniya bazalarının müstəmləkə dövrünün mirası olduğunu bildirib: "Yaxın Şərqdəki bu vəziyyət (İranla müharibə) bitdikdə, Britaniya hökuməti ilə açıq və dürüst müzakirə aparacağam".
Tahir TAĞIYEV