Fransanın Yaxın Şərqdəki mövqeyinin yalnız müdafiə xarakterli olduğunu vurğulayan Makron, bölgədəki gərginliyin azaldılmasına kömək etməyi hədəflədiklərini bildirib.
O, Avropa Birliyi (AB) Liderlər Zirvə görüşündə mülki infrastrukturu, xüsusən də enerji və su elektrik stansiyalarını hədəf alan hücumların dayandırılmasına çağırdıqlarını və mülki əhalinin əsas ehtiyaclarının və enerji təchizatının təhlükəsizliyinin qorunmasının vacibliyini vurğuladıqlarını qeyd edib.
Regionda bayram dövründə atəşkəsin elan olunmasına, danışıqlar yolu ilə həll yoluna şans verilməsinə və tərəflərin yaxın saatlarda atəşkəs barədə razılığa gəlməsinə ümid etdiyini bildirən Makron, bölgədəki vəziyyət sakitləşdikdən sonra Fransanın Hörmüz boğazında gəmilərin müşayiəti üçün digər ölkələrlə birlikdə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.
O, bunun üçün dəniz sektorundakı aktyorların iştirakı və İranla danışıqların tələb olunacağını, bölgədə bombardman və hücumlar davam edərkən Fransanın Hörmüz boğazını güc yolu ilə açmaq cəhdində iştirak etməyəcəyini bildirib.
Makron bildirib ki, sammitdə bir çox Aİ ölkələri ilə yanaşı, İsrail hökumətinin hazırkı addımlarını da qınayıblar.
Makron "Livanın İsraili tanıması üçün Fransa planı var" iddiasını isə təkzib edib.
O, İsrailin Livana qarşı quru əməliyyatını və bombardmanların yersiz və qəbuledilməz olduğunu bildirib.
Tahir TAĞIYEV