İsrailin "təhlükəsizlik və toplantı qadağaları" bəhanəsi ilə Əl-Əqsa məscidini ibadət üçün bağlaması Fələstin xalqı arasında ciddi narahatlığa səbəb olub.
Hərəmi-Şərifə girməsinə icazə verilməyən minlərlə fələstinli bayram namazı üçün Köhnə Şəhər divarlarının yaxınlığında toplaşıb. Sıralarla dayanmağa yer tapa bilməyənlər səcdəgahlarını küçələrə sərərək, küçələrdə bayram namazı qıldılar.
Bölgədəki mənbələr qeyd edir ki, 1967-ci ildən bəri Ramazan və Qurban bayramı dövründə dini ayinlər bu qədər sistemli və tam şəkildə əngəllənməyib.
Tahir TAĞIYEV