ABŞ bazalarına ev sahibliyi edən Körfəz ölkələrinə cavab hücumlarını davam etdirən İran Səudiyyə Ərəbistanında ABŞ-ın beş yanacaqdoldurma təyyarəsinin vurub.
"Wall Street Journal" qəzeti iki ABŞ rəsmisinə istinadən bildirir ki, beş ABŞ yanacaqdoldurma təyyarəsi Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına hücumlar zamanı vurulub və zədələnib.
Vurulan təyyarələrin istifadəyə yararsız hala düşmədiyini və təmir edildiyini deyən rəsmilər, heç bir itki olmadığını əlavə ediblər.
Səudiyyə Ərəbistanı İrandan çoxsaylı hücumlar olduğunu açıqlayıb. Səudiyyə Müdafiə Nazirliyi İranın çoxsaylı ballistik raket və pilotsuz təyyarə hücumlarının qarşısının alındığını bildirib. Bildirilib ki, bu hücumlardan bəziləri təxminən 2300 ABŞ əsgərinin olduğu Şahzadə Sultan hava bazasını da hədəf alıb.
Tahir TAĞIYEV