ABŞ və İsrailin İrana hücumları 13 gündür ki, fasiləsiz davam edir. İran da öz növbəsində qonşu ölkələrdəki ABŞ bazalarını və enerji ehtiyatlarını hədəf alaraq cavab verir və eyni zamanda gəmilərin Hörmüz boğazından keçməsinin qarşısını alır.
İran İnqilab Keşikçiləri Korpusu boğazdan keçməyə çalışan bütün gəmləri hədəf alır. Ən son olaraq, Marşal Adaları bayrağı altında üzən "Safesea Vishnu" adlı ABŞ neft tankeri vurulub.
İnqilab Keşikçiləri Korpusu neft tankerinin təkrarlanan xəbərdarlıqlara məhəl qoymadığı üçün boğazın şimalında vurulduğunu açıqlayıb.
Fars körfəzi və Hörmüz boğazında gəmi trafikinin artan risk altında olduğuna diqqət çəkən İran qeyd edilərək, bu vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıdığı və ticarət gəmilərinin raketlərdən təsirlənməmək üçün İranın dəniz qaydalarına riayət etməli olduğu bildirilir.
Bur daha xatırladaq ki, İranın ABŞ və İsrailin İrana qarşı birgə hücumlarına qarşı cavab hücumları davam etdirir, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu, xüsusən də ABŞ və İsraillə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlayıb.
Tahir TAĞIYEV