İraqın cənubunda neft tankerində güclü partlayış baş verib.
Shafaq News xəbər verir ki, partlayış Bəsrə limanı yaxınlığında baş verib.
İraq Təhlükəsizlik Xidməti bir heyət üzvünün öldüyünü bildirib. Daha 38 nəfər xilas edilib. Agentlik bunun eyni vaxtda iki neft tankerinə hücum olduğunu vurğulayıb.
Bəsrə limanı əsas sulardan uzaqda yerləşir və Şatt əl-Ərəb çayı vasitəsilə Fars körfəzi ilə birləşir. Şəhərin özü İranla sərhədə yaxın yerdə yerləşir.
SAMİRƏ