İraq şiə milisləri olan Əl-Həşd əl-Şəabi üzvləri arasında ölü sayı on nəfərə çatıb.
Bu barədə Əl-Cəzirə xəbər verib. İraq təhlükəsizlik mənbələri bildirir ki, Əl-Qaim sərhəd şəhəri yaxınlığındakı Həşd əl-Şəabi qərargahına hava hücumu edilib. Mənbə əlavə edib ki, bir neçə digər milis üzvü yaralanıb.
Həşd əl-Şəabi milisləri İraqda İslam Dövlətinə ( İŞİD) qarşı mübarizə zamanı yaradılıb və İŞİD-in məğlub edilməsində mühüm rol oynayıb. Şiə milisləri rəsmi olaraq İraq ordusunun bir hissəsidir, lakin ABŞ Haşd əl-Şəabini İranyönlü bir təşkilat kimi görür və Vaşinqtonun Tehran hakimiyyəti tərəfindən dəstəkləndiyinə və maliyyələşdirildiyinə inanır.
SAMİRƏ