İran Prezidenti Pazeşkian ABŞ-la müharibəni dayandırmaq üçün ölkəsinin şərtlərini açıqlayıb.
Pazeşkian sosial media hesabında Rusiya Prezidenti Vladimir Putin və Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışıqları ilə bağlı açıqlama yayıb.
Pazeşkian bildirib ki, Putin və Şəriflə söhbətlərində İranın regionda sülh və sabitliyə sadiqliyini bir daha vurğulayıb.
O bildirib ki, İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, kompensasiya və daha heç bir təcavüzün olmayacağına dair möhkəm beynəlxalq zəmanətin verilməsidir.
Bundan iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Kreml sözçüsü Peskov görüşdə Rusiyanın Yaxın Şərq bölgəsi ilə bağlı təkliflərinin müzakirə mövzusu olduğunu bildirib: "Rusiya bu məsələdə əlindən gələni etməyə hazırdır, lakin bunun üçün çoxşaxəli anlaşma lazımdır".
Tahir TAĞIYEV