İranda vurulacaq strateji hədəflərin sayının azaldığını iddia edən ABŞ prezidenti Donald Tramp, müharibənin "tezliklə" bitəcəyinə də eyham vurub.
"Bir az ordan, bir az o burdan... Deyə bilərəm ki, hədəfə alınacaq demək olar ki, heç bir şey qalmayıb. Mən nə vaxt istəsəm müharibə o zaman da bitəcək", - deyə o, müharibənin "tezliklə" bitəcəyinə işarə edib.
Tramp əməliyyatın təkcə hərbi müdaxilə deyil, həm də tarixi bir hesablaşma olduğunu iddia edib: "Onlar Yaxın Şərqin qalan hissəsini də hədəfə almışdılar. 47 il ərzində verdikləri ölüm və dağıntıların bədəlini ödəyirlər. Bu, qisasdır. Onlar bu qədər asanlıqla qurtula bilməyəcəklər".
Trampın "demək olar ki, bitdi" açıqlamalarına baxmayaraq, İsraildən fərqli səslər gəlməyə davam edir. İsrailin müdafiə naziri İsrael Katz əməliyyatın heç bir cədvələ bağlı olmadığını vurğulayaraq bildirib ki, müharibə heç bir zaman məhdudiyyəti olmadan, bütün məqsədlərə çatıb kampaniyanı qəti şəkildə qazanana qədər davam edəcək.
“Axios”a görə, İsrail və ABŞ rəsmiləri İran əməliyyatlarının gedişatını qiymətləndirərək ən azı iki həftə davam edəcək hərtərəfli hücum dalğası üçün hazırlıqları başa çatdırıblar.
TAHİR